AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ VƏ ONLARIN ÖLKƏ İQTİSADİYYATININ İNKİŞAFINA TƏSİRİ

Müəlliflər

  • Zahra A. Rzazadeh Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2026-1-92

Xülasə

Bu məqalədə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatların mahiyyəti və onların ölkənin davamlı inkişafına təsiri təhlil olunur. Qeyd edilir ki, məqsədyönlü və strateji xarakter daşıyan bu islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilmiş, inklüziv və dayanıqlı iqtisadi artım üçün əlverişli şərait formalaşmışdır. Xüsusilə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və özəl investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirlər neft-qaz asılılığının azaldılmasına mühüm töhfə vermişdir. Məqalədə Azərbaycanın müstəqillik dövründə keçdiyi iqtisadi inkişaf mərhələləri müqayisəli şəkildə təhlil edilir və göstərilir ki, 1991–1995-ci illərdəki tənəzzül dövründən sonra 1996-cı ildən  etibarən davamlı inkişaf mərhələsi başlamışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan iqtisadi strategiya nəticəsində ölkədə bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya uğurla həyata keçirilmiş, nəticədə “Azərbaycan modeli”kimi xarakterizə olunan inkişaf konsepsiyası formalaşmışdır.Eyni zamanda sənayeləşmə siyasəti çərçivəsində sənaye parklarının və texnoparkların yaradılması, innovativ texnologiyaların tətbiqi, rəqabət qabiliyyətli məhsul istehsalının genişləndirilməsi və qeyri-neft ixracının artırılması kimi istiqamətlər iqtisadiyyatın modernləşməsində mühüm rol oynayır. Aparılan islahatların sosial təsirləri də vurğulanaraq yoxsulluğun azaldılması, səhiyyə və təhsil sistemlərinin inkişafı, əhalinin rifahının yüksəldilməsi kimi nəticələr ön plana çıxarılır. Aparılan sosial-iqtisadi islahatların sosial nəticələri də xüsusi diqqət mərkəzində saxlanılır. 

Yayımlanıb

2026-05-24

Necə istinad edilir

AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ VƏ ONLARIN ÖLKƏ İQTİSADİYYATININ İNKİŞAFINA TƏSİRİ. (2026). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 1(1). https://doi.org/10.71447/2413-7235-2026-1-92