BEYNƏLXALQ DƏHLİZLƏRİN KONFİQURASİYASININ POTENSİAL FAYDALARI VƏ TRANSREGİONAL İNTEQRASİYA ƏLAQƏLƏRİNİN İNKİŞAFI
DOI
https://doi.org/10.71447/2413-7235-2026-1-60Xülasə
Məqalədə beynəlxalq dəhlizlərin şaxələnməsi, xarici ticarət əlaqələri və təchizat zəncirlərində logistika strategiyalarının formalaşmasının hüquqi və iqtisadi aspektləri sistemli araşdırılır. Dəhliz sistemini formalaşdıran elementlərin əlaqələndirilməsinin konseptual modeli təqdim olunur. Məqalədə beynəlxalq dəhlizlərin fəaliyyətinin nəzəriyyə və praktikası ümumiləşdirilir, xarici ticarətdə təchizat marşrutlarının səmərəli fəaliyyəti üç komponentin əlaqələndirilməsi ilə əsaslandırılır: fiziki infrastruktur, hüquqi tənzimlənə çərçivəsi və əlverişli iqtisadi şərait. Beynəlxalq dəhlizlərin müasir vəziyyətinin təhlili göstərir ki, hətta coğrafi cəhətdən ideal marşrut belə sanksiyalarla bağlı məhdudiyyətlər, uyğunlaşdırma siyasətinin olmaması, artan təhlükəsizlik riskləri və digər amillər səbəbindən strateji əhəmiyyəti azala bilir. İqtisadi fəaliyyət mərkəzlərini regiondaxili ərazilərə və qlobal ticarət marşrutlarına birləşdirən keçidlərin sabitliyi, hüquqi çərçivələr və sərhəd keçid məntəqələrində rəsmiləşdirmə sürəti hazırda dəhliz marşrutlarının seçiminin başlıca meyarlarını təşkil edir.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.