AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİNDƏ YAŞIL KAMPUS TRANSFORMASİYASININ İQTİSADİ QİYMƏTLƏNDİRİLMƏSİ
DOI
https://doi.org/10.71447/2413-7235-2026-1-60aXülasə
Məqalənin məqsədi Azərbaycan Texniki Universiteti (AzTU) timsalında enerji səmərəliliyi və yaşıl texnologiyaların tətbiqinin iqtisadi səmərəsini, qənaət potensialını və institusional tətbiq mexanizmlərini çoxmeyarlı qiymətləndirmə əsasında araşdırmaqdır. Tədqiqatın elmi problemi ondan ibarətdir ki, ali təhsil müəssisələrində enerji səmərəliliyi çox vaxt ayrı-ayrı texniki tədbirlər kimi təqdim olunur, lakin enerji istehlakının funksional strukturu, investisiya səmərəliliyi, monitorinq, idarəetmə və mərhələli maliyyələşmə mexanizmləri vahid analitik çərçivədə kifayət qədər əsaslandırılmır. Məqalədə struktur təhlil, ssenari yanaşması, sadə geriödəmə müddəti, enerji və maliyyə qənaəti hesablamaları, çoxmeyarlı layihə prioritetləşdirilməsi və 2026-2030-cu illər üzrə yol xəritəsi yanaşmasından istifadə edilmişdir. Nəticələr göstərir ki, AzTU-da elektrik enerjisi istehlakı 2020-2025-ci illərdə 2 184 min kVt-saatdan 2 691 min kVt-saata yüksəlmiş, elektrik enerjisi üzrə xərc isə 262,1 min AZN-dən 430,6 min AZN-ə çatmışdır. 2025-ci ildə ümumi enerji xərci 951,9 min AZN səviyyəsində qiymətləndirilmişdir. İlkin hesablamalar 12-18% ümumi enerji qənaəti potensialını göstərir. 120 kW-lıq fotovoltaik sistem illik elektrik istehlakının 6,3-7,1%-ni kompensasiya edə bilər; 10-15% hədəf üçün sistem gücünün 250-300 kW-a qədər artırılması tələb olunur. LED modernləşməsi 100-150 min kVt-saat illik enerji qənaəti, BMS pilot layihəsi isə istilik və havalandırma xərclərində 10-15% qənaət yarada bilər. Məqalənin əsas töhfəsi AzTU üçün ölçülə bilən, mərhələli və maliyyə baxımından əsaslandırılmış yaşıl kampus transformasiya modelinin təklif edilməsidir.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.