ELEKTROTEXNİKA MƏHSULLARI BAZARINDA TRANSMİLLİ ŞİRKƏTLƏRİN TEXNOLOJİ STRATEGİYALARI

Müəlliflər

  • Turana Ahmadova Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2026-1-97

Xülasə

Məqalədə elektrotexnika məhsulları bazarında fəaliyyət göstərən transmilli şirkətlərin texnoloji strategiyaları və onların qlobal rəqabət üstünlüyünün formalaşmasında tədqiqat və inkişaf (R&D) istiqamətləri araşdırılmışdır. Tədqiqatın əsas məqsədi “İntel”, “Samsung Electronics” və “TSMC” şirkətlərinin texnoloji inkişaf modellərinin müqayisəli təhlili əsasında elektrotexnika sənaye sahəsində liderliyin müəyyənedici amillərini qiymətləndirməkdir. Müasir dövrdə süni intellekt, 5G, əşyaların interneti və yüksək məhsuldarlıqlı hesablama texnologiyalarının inkişafı elektrotexnika 
sənaye sahəsində innovasiya əsaslı rəqabəti daha da gücləndirmişdir. 
Tədqiqatın nəticələrinə əsasən, böyük həcmdə R&D investisiyaları texnoloji üstünlüyün əldə edilməsində əhəmiyyətli rol oynasa da, onların təklikdə yetərli olmadığı müəyyən edilmişdir. İntel şirkəti böyük həcmli investisiyalar həyata keçirməsinə baxmayaraq, istehsal proseslərində gecikmələr və çevikliyin məhdudluğu səbəbindən rəqabət mövqeyini zəiflətmişdir. “Samsung Electronics” şirkəti balanslaşdırılmış innovasiya strategiyası, HBM və DDR5 texnologiyalarına yönəlmiş investisiyalar 
hesabına bazarda güclü mövqeyini qoruyub saxlaya bilmişdir. TSMC isə yalnız istehsala fokuslanan “pure-play foundry” modeli, qabaqcıl texnologiyalara erkən investisiyalar və qlobal müştəri şəbəkəsi 
sayəsində daha yüksək səmərəlilik və texnoloji liderlik əldə etmişdir. Elektrotexnika sənaye sahəsində davamlı rəqabət üstünlüyünün əldə olunması maliyyə resursları ilə yanaşı, strateji çeviklik, innovasiyaların effektiv idarə olunması və qlobal texnoloji ekosistemə inteqrasiyadan asılıdır. 

Yayımlanıb

2026-06-25

Necə istinad edilir

ELEKTROTEXNİKA MƏHSULLARI BAZARINDA TRANSMİLLİ ŞİRKƏTLƏRİN TEXNOLOJİ STRATEGİYALARI. (2026). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 1(2). https://doi.org/10.71447/2413-7235-2026-1-97

Eyni müəllif(lar)ın jurnaldakı ən çox oxunan məqalələri