AZƏRBAYCANDA QEYRİ-NEFT SEKTORUNDA KOS-LARIN İNKİŞAFININ STİMULLAŞDIRILMASI
DOI
https://doi.org/10.71447/2413-7235-2025-2-31Açar sözlər
KOS, qeyri-neft sektoru, dəstək mexanizmləri, ÜDM, stimullaşdırma, innovasiyaXülasə
Məqalədə, Azərbaycanda qeyri-neft sektorunda kiçik və orta sahibkarlıq subyektlərinin (KOS) inkişafının
stimullaşdırılması istiqamətləri geniş şəkildə təhlil olunur. Müəllif qeyd edir ki, KOS-lar müasir
iqtisadiyyatın mühüm hərəkətverici qüvvəsidir və onların fəaliyyəti iqtisadi şaxələndirmə, məşğulluğun
artırılması, regional inkişafın təmin olunması, ixrac potensialının genişləndirilməsi və innovasiya
fəaliyyətinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. KOS-lar iqtisadiyyatın çevikliyini
artırmaqla yanaşı, sosial rifahın yaxşılaşdırılmasına da mühüm töhfə verir.
Araşdırmada qeyd olunur ki, son illərdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən iqtisadi
islahatlar və sahibkarlığın dəstəklənməsi tədbirləri nəticəsində qeyri-neft sektorunun ÜDM-də payı 2010
cu illə müqayisədə əhəmiyyətli dərəcədə artaraq 65–67%-ə çatmışdır. KOS-ların iqtisadi fəallığı, regional
təsiri və innovativ potensialı da yüksəlməkdədir. Bununla belə, onların inkişafını məhdudlaşdıran
problemlər hələ də qalmaqdadır. Maliyyə resurslarına çıxışın məhdudluğu, kredit faizlərinin yüksəkliyi,
texnologiya və innovasiyalara zəif inteqrasiya, infrastruktur problemləri, idarəetmə bacarıqlarının və insan
kapitalının çatışmazlığı, eləcə də beynəlxalq bazarlara çıxışdakı çətinliklər KOS-ların potensialını tam
reallaşdırmağa imkan vermir.
Məqalədə, bu problemlərin aradan qaldırılması üçün əsas stimullaşdırıcı istiqamətlər müəyyən edilmişdir.
Buraya dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi, vergi və inzibati prosedurların sadələşdirilməsi,
rəqəmsallaşma və innovativ təşəbbüslərin təşviqi, ixrac missiyalarının və beynəlxalq əməkdaşlığın
genişləndirilməsi, regionlarda infrastrukturun və insan kapitalının inkişafı daxildir.
Nəticə olaraq, KOS-ların inkişafının stimullaşdırılması Azərbaycanın iqtisadi təhlükəsizliyinin, dayanıqlı inkişafının və sosial rifahının təmin edilməsi üçün mühüm amil kimi qiymətləndirilir. KOS-ların gücləndirilməsi həm iqtisadiyyatın neft gəlirlərindən ası
Əlavə fayllar
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.