AZƏRBAYCANIN BƏRPA OLUNAN ENERJİ SİYASƏTİNİN ƏSAS ASPEKTLƏRİ

Müəlliflər

  • Shahla Nazarova Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2025-1-35

Açar sözlər

enerji siyasəti, bərpa olunan enerji, yaşıl enerji, günəş enerjisi, külək enerjisi, hidroelektrik enerji

Xülasə

Sürətlə inkişaf edən texnologiyalar, dünya əhalisinin davamlı artımı və artan həyat standartlarınəticəsində 
enerji tələbatı gündən-günə artmaqdadır. Hazırda qlobal enerji istehlakında əsas pay hələ də qalıq yanacaqların payına düşür.Lakin bu yanacaq növləri karbon emissiyalarının artımına səbəb olmaqla iqlim dəyişikliyinin dərinləşməsində əsas rol oynayır.Qalıq yanacaq növlərinin tükənən olması və ətraf mühitə mənfi ekoloji təsirləri isə ölkələrin bərpa olunan enerji mənbələrinə marağını xeyli artırmaqdadır.Bu 
çərçivədə, enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ekoloji davamlılığı da qorumağa çalışan 
beynəlxalq enerji siyasətləri getdikcə daha çox bərpa olunan enerji mənbələrinin təşviqini prioritet 
istiqamət kimi müəyyənləşdirir.Bu gün bir çox ölkə tərəfindən bərpa olunan enerji yalnız alternativ deyil, 
eyni zamanda strateji və ekoloji cəhətdən zəruri bir enerji modeli kimi qəbul olunur. Azərbaycan da bu ölkələr sırasına daxildir.Bu məqalədə Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə mövcud imkanları araşdırılmış və bu mənbələrin milli enerji siyasətində strateji əhəmiyyəti təhlil olunmuşdur. Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, məqalə bərpa olunan enerji mənbələrinin iqtisadi aspektdən qiymətləndirilməsi və Azərbaycanda bu sahədə həyata keçirilən inkişaf tədbirlərinin təhlili baxımından 
mövzu üzrə əhəmiyyətli informasiya bazası kimi çıxış edir.  Tədqiqatın tətbiqi əhəmiyyəti isə Azərbaycanın enerji siyasətində  bərpa olunan mənbələrin yerinin düzgün müəyyənləşdirilməsi və bu sahədə prioritet istiqamətlərin formalaşdırılmasına elmi-praktik töhfə 
verilməsidir. 

Əlavə fayllar

Yayımlanıb

2025-11-17

Necə istinad edilir

AZƏRBAYCANIN BƏRPA OLUNAN ENERJİ SİYASƏTİNİN ƏSAS ASPEKTLƏRİ. (2025). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 2(2), 108-129. https://doi.org/10.71447/2413-7235-2025-1-35