ELEKTRON KOMMERSIYANIN AZƏRBAYCAN İQTİSADİYYATINDAKI ROLUNUN SON ONİLLİK ÜZRƏ ANALİZİ
DOI
https://doi.org/10.71447/2413-7235-2025-1-50Açar sözlər
elektron ticarət, onlayn alış-veriş, qlobal bazar, istehlakçı, iqtisadiyyatXülasə
Elektron ticarət müasir dövrün ən mühüm iqtisadi fenomendlərindən biri kimi çıxış edir. Müasir
texnologiyanın, xüsusilə internet və mobil cihaz əsaslı platformaların sürətli inkişafı bu sahənin
böyüməsinə ciddi təkan vermişdir. Məhsul və xidmətlərin internet üzərindən alqı-satqısı istehlakçı
davranışını dəyişməklə yanaşı, ənənəvi biznes modellərinə də yeni forma qazandırmışdır. Dünyada
elektron ticarət bazarı eksponensial sürətlə artaraq trilyonlarla dollarlıq illik dövriyyəyə yaxınlaşır. Bu artımın əsas səbəbləri internetə çıxış imkanlarının genişlənməsi, texnologiyaların əlçatanlığının artması və müştəri tələblərinin çevik dəyişməsidir. Azərbaycan da bu prosesdən kənarda qalmamışdır. Qərbi Asiya ilə Şərqi Avropanın kəsişməsində yerləşən ölkə son illərdə rəqəmsal infrastrukturunu gücləndirərək elektron
ticarətin inkişafına mühüm töhfələr vermişdir. Bununla belə, bazar hələ də tam yetkin deyil və ödəniş
təhlükəsizliyi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, logistik infrastrukturun gücləndirilməsi kimi
məsələlər öz aktuallığını qoruyur. Elektron ticarətin iqtisadi səmərəliliyi əməliyyat xərclərinin azalması, müqavilə və alış-satış proseslərinin sadələşdirilməsi, həmçinin sərmayə cəlbetmə imkanlarının
genişlənməsi ilə bağlıdır. Bu, eyni zamanda Azərbaycanın iqtisadiyyatında "resurs lənəti" probleminin
yumşaldılmasına, yəni neft sektorundan kənar yeni istiqamətlərin inkişafına da şərait yaradır.Elektron
ticarətin inkişafı xarici əlaqələrin genişlənməsi, turizm və yeni biznes strukturlarının formalaşması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Əlavə fayllar
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.