AZƏRBAYCANDA BÜDCƏDƏNKƏNAR FONDLARIN 2024–2025-Cİ İLLƏR ÜZRƏ ANALİTİK TƏHLİLİ
DOI
https://doi.org/10.71447/2413-7235-2025-1-38Açar sözlər
büdcədənkənar fondlar, sosial müdafiə, icbari tibbi sığorta, dövlət neft fondu, pensiya islahatları, maliyyə dayanıqlığıXülasə
Bu məqalədə Azərbaycanda fəaliyyət göstərən büdcədən kənar dövlət fondlarının – Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən Sığorta Fondu, İcbari Tibbi Sığorta Fondu və Dövlət Neft Fondunun – 2024–2025-ci illər üzrə maliyyə dayanıqlığı, gəlir və xərclərinin dinamikası, həmçinin investisiya fəaliyyətləri
araşdırılmışdır. Tədqiqatda fondların gəlir mənbələri, sosial müdafiə və səhiyyə sistemlərinə yönəltdikləri
xərclərin strukturu, dövlət büdcəsi ilə qarşılıqlı əlaqəsi statistik göstəricilər və hüquqi sənədlər əsasında təhlil edilmişdir. Əldə olunan nəticələr göstərir ki, büdcədənkənar fondların iqtisadi sabitliyin qorunmasında, sosial rifahın gücləndirilməsində və uzunmüddətli maliyyə dayanıqlığının təmin
olunmasında rolu ildən-ilə artmaqdadır. Dövlət Neft Fondunun beynəlxalq maliyyə bazarlarına yönəltdiyi
investisiyalar, həmçinin Dövlət Sosial Müdafiə Fondu ilə İşsizlikdən Sığorta Fondunun sosial ödənişlərin
maliyyələşdirilməsindəki əhəmiyyəti xüsusi olaraq vurğulanmışdır. Bununla yanaşı, icbari tibbi sığortanın tətbiqi səhiyyə sektorunda yeni maliyyələşmə mexanizmlərinin formalaşmasına şərait yaratmışdır. Araşdırma nəticəsində fondların fəaliyyətinin daha effektiv və şəffaf idarə olunması, investisiya strategiyalarında risklərin azaldılması və qeyri-neft sektoruna kapital axınının artırılması ilə bağlı
tövsiyələr irəli sürülmüşdür. Bu məqamlar Azərbaycanda fiskal siyasətin davamlı inkişafında və sosial
dövlət modelinin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir.
Əlavə fayllar
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.