AZƏRBAYCANDA VERGİ İSLAHATLARININ VERGİ POTENSİALINA TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
DOI
https://doi.org/10.71447/2413-7235-2025-1-42Açar sözlər
vergi siyasəti, fiskal potensial, vergi islahatları, rəqəmsallaşma, iqtisadi inkişafXülasə
Vergi siyasəti və onun idarəetmə mexanizmləri istənilən ölkənin iqtisadi inkişafında və dövlət büdcəsinin sabit maliyyələşməsində həlledici rol oynayır. Azərbaycanda son illərdə aparılan vergi islahatlarının əsas
məqsədi dövlətin fiskal potensialını artırmaq, vergi ödəyicilərinin yükünü optimallaşdırmaq, kölgə iqtisadiyyatının həcmini azaltmaq və şəffaflığı təmin etməkdən ibarət olmuşdur. Bu məqalədə nəzəri yanaşmalar və ekonometrik təhlil metodları əsasında ölkənin vergi potensialına təsir edən amillər qiymətləndirilmişdir.
Tədqiqat nəticələri göstərir ki, vergi dərəcələrinin optimallaşdırılması fiskal siyasətin daha effektiv icrasına şərait yaratmış,rəqəmsallaşdırma tədbirləri isə inzibatçılıqda şəffaflığı artıraraq vergi ödəyicilərinin
məsuliyyətini gücləndirmişdir. Xüsusilə onlayn kassa aparatlarının, elektron qaimələrin və vahid vergi informasiya bazalarının tətbiqi, dövlət orqanları arasında məlumat mübadiləsinin asanlaşdırılması fiskal
intizamı əhəmiyyətli dərəcədə gücləndirmişdir. Araşdırma göstərir ki, əldə edilən nailiyyətlərə baxmayaraq, ölkədə hələ də nəzərəçarpacaq vergi boşluğu mövcuddur.
Empirik analiz sübut edir ki, həyata keçirilən islahatlar qısamüddətli dövrdə dövlət büdcəsinin gəlirlərinə
müsbət təsir göstərir, vergi yığımını artırır. Uzunmüddətli perspektivdə isə bu tədbirlər vergi bazasının genişlənməsini təmin etməklə ölkənin iqtisadi dayanıqlığını möhkəmləndirir. Beləliklə, müasir islahatlar həm fiskal səmərəliliyi artırmaqda, həm də iqtisadiyyatın davamlı inkişafı üçün şərait yaratmaqda mühüm əhəmiyyət kəsb edir. Məqalə nəticə olaraq vurğulayır ki, Azərbaycanın vergi potensialının maksimum reallaşdırılması üçün bir sıra istiqamətlərdə əlavə tədbirlər vacibdir. İlk növbədə vergi qanunvericiliyinin sadələşdirilməsi və
ziddiyyətlərin aradan qaldırılması tələb olunur. İkinci mühüm istiqamət əsassız və səmərəsiz vergi
güzəştlərinin azaldılmasıdır ki, bu da vergi bərabərliyini və ədalət prinsipini təmin edər.
Əlavə fayllar
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ

Bu çalışma Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License ile lisenziyalanıb.