Azərbaycanda Turizm Potensialının Reallaşmasında Mülki Aviasiyanın Rolunun Artırılması İstiqamətləri

Authors

  • Arzu Alim qızı HÜSEYN, i.ü.f.d., dosent Author

DOI:

https://doi.org/10.71447/m7cnj363

Keywords:

mülki aviasiya, turizm, hava yolu, sərnişin axınları

Abstract

Mülki aviasiyanın inkişaf etməsi, hava səyahət bazarının liberallaşması qlobal miqyasda turizmin inkişafına birbaşa təsir göstərmişdir. Xüsusən də XXI əsrin başlanığıcından etibarən hava səyahət bazarının liberallaşması, aşağı büdcəli havayolları şirkətlərinin bazarda yer alması, aviabilet sifarişlərini asanlaşdıran rəqəmsal və mobil texnologiyaların inkişafı beynəlxalq turist sayında artıma səbəb olmuşdur. Nəticədə 2008-ci illə müqayisədə beynəlxalq turistlərin sayı 2018-ci ildə 58
faiz artmışdır. Apardığımız təhlillər göstərir ki, Azərbaycan Respublikasında mülki aviasiyanın və yerli havayolu şirkətinin inkişafı turizm sektorunun inkişafına müsbət yöndə təsir göstərir. Belə ki, 2010-2019-cu illərdə Azərbaycana gələn turistlərin sayı 2,2 dəfə, hava yolundan istifadə edən beynəlxalq sərnişinlərin sayı isə 2,6 dəfə artmışdır. Bu müddətdə ölkəyə gələn turistlərin sayı ilə hava yolu ilə gələnlərin sayı arasındakı korrelyasiya 0,84 olmuşdur. Müəllif bu məqalədə Azərbaycanda mülki aviasiyanın inkişafının turizm sektoruna təsirini qiymətləndirir və bu sahənin inkişafı
ilə bağlı təkliflər irəli sürür.
Tədqiqatın tətbiqi əhəmiyyəti – alınmış analitik nəticələr əsasında mülki
aviasiyanın turizmin inkişafında rolu araşdırılmış, mülki aviasiyanın inkişafının turizm sektoruna təsiri qiymətləndirilmiş və bu sahələrin inkişafı ilə bağlı təkliflər irəli sürülmüşdür. Tədqiqatın nəticəsi – ölkənin turizm sahəsindəki hədəflərinin reallaşması üçün hava nəqliyyatı sahəsinin liberallaşdırılması məqsədi ilə tədbirlərin sürətləndirilməsi zəruridir. Regionlarda beynəlxalq hava limanlarının aşağıxərcli hava yolları şirkətlərinin açılması ilə yerli hava limanlarının istifadə səviyyəsinin, gəlirlərin artırılması, ölkənin turizm və nəqliyyat-logistika qovşağı infrastrukturunun inkişafının dəstəklənməsinin vacibliyi qeyd edilmişdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – Azərbaycana gələn xaricilərin hava
nəqliyyatından istifadə göstəricisi, ölkədə hava nəqliyyatı ilə sərnişin daşımalarının həcmi, turizm maraqlarına uyğun olaraq uçuş coğrafiyasının genişləndirilməsi imkanları və s. məsələlər araşdırılmışdır. Əldə edilən nəticə və təkliflərdən turizm sahəsinin inkişaf etdirilməsi üçün istifadə edilməsi məqsədəuyğundur. Hava nəqliyyatı inkişafının turizm sektoruna təsiri qiymətləndirilmiş, “hava azadlığı”nın tətbiq edilməsi ilə liberallaşdırlmanın aparılması məqsdəduyğun hesab edilmişdir.

Downloads

Published

2025-01-22

Deprecated: json_decode(): Passing null to parameter #1 ($json) of type string is deprecated in /home/gfqy42b6fvde/public_html/journals/plugins/generic/citations/CitationsPlugin.php on line 68

How to Cite

Azərbaycanda Turizm Potensialının Reallaşmasında Mülki Aviasiyanın Rolunun Artırılması İstiqamətləri. (2025). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 21(1). https://doi.org/10.71447/m7cnj363