MÜASİR ŞƏRAİTDƏ ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN LOGİSTİK TƏMİNATI MƏSƏLƏLƏRİ

Authors

  • i.e.d., professor, Telman İ. İmanov Author

DOI:

https://doi.org/10.71447/2413-7235-2025-1-12-a

Abstract

Rəqəmsal iqtisadiyyatın təşəkkül tapdığı müasir şəraitdə iqtisadi resursların qlobal miqyasda məhdudluğu, insan tələbatının durmadan artması bütövlükdə dünya iqtisadiyyatını səciyyələndirən xarakterik cəhətlər olmaqla bərabər, bir çox dünya ölkələrində innovativ iqtisadiyyatın formalaşmasını obyektiv zəruriyyətə çevirir. İqtisadiyyatın müxtəlif sahələrində və bazarın bu və ya digər seqmentində innovasiyaların tətbiqinə yönəlik sosial-iqtisadi inkişaf paradiqması bu gün hər bir ölkənin qarşısında strateji vəzifə kimi qoyulur. Bu baxımdan milli xüsusiyyətlər nəzərə alınmaqla qloballaşma və inteqrasiya proseslərinin gücləndiyi innovativ iqtisadiyyatın formalaşması şəraitində ölkə əhalisinin müvafiq resurslarla sabit və zəmanətli təminatını nəzərdə tutan ərzaq təhlükəsizliyi və onun logistik təminatı problemlərinin araşdırılması mühüm aktuallıq kəsb edir.

Published

2025-05-19

Deprecated: json_decode(): Passing null to parameter #1 ($json) of type string is deprecated in /home/gfqy42b6fvde/public_html/journals/plugins/generic/citations/CitationsPlugin.php on line 68

How to Cite

MÜASİR ŞƏRAİTDƏ ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN LOGİSTİK TƏMİNATI MƏSƏLƏLƏRİ. (2025). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 1(1). https://doi.org/10.71447/2413-7235-2025-1-12-a