Jurnal haqqında
Yeni Nəsil İqtisadiyyat İndeksi (YNİİY) ölkələrin XXI əsrin müasir iqtisadi çağırışlarına hazırlıq və adaptasiya səviyyəsini ölçməyi hədəfləyən indikatorlar toplusudur. İndeksin başlıca məqsədi müxtəlif ölkələrin iqtisadi inkişafının keyfiyyətini, davamlılığını və “yeni nəsil” iqtisadiyyatın tələblərinə uyğunluğunu ümumiləş dirilmiş şəkildə qiymətləndirməkdir. Bu indeks vasitəsilə hökumətlər və tədqiqatçılar ölkələrin zəif və güclü tərəflərini müəyyən edə, siyasət prioritelerini dəqiq əsaslandıra bilərlər. İndeksin əhəmiyyəti ondan ibarətdir ki, ənənəvi ölçüləri (məsələn, adambaşına ÜDM) tamamlayaraq daha geniş spektrli inkişaf göstəricilərini əhatə edir. Belə ki, qlobal iqtisadiyyat getdikcə daha çox bilik, texnologiya və insan kapitalı üzərində qurulduqca, ölkələrin rəqabətqabiliyyətini və rifahını təmin etmək üçün təkcə iqtisadi böyümə tempinə deyil, həm də əhalinin bacarıq səviyyəsinə, innovasiya mühitinə, infrastrukturun keyfiyyətinə, sağlamlığa və s. diqqət yetirmək lazım gəlir. YNİİ məhz bu müasir ölçüləri vahid çərçivədə izləmək və ölkələrin yeni iqtisadi trendlərə uyğunlaşma səviyyəsini kompleks qiymətləndirmək məqsədilə hazırlanmış və çoxşaxəli yanaşmanı təşviq edir.
Əhatə dairəsi: YNİİ qlobal səviyyədə mümkün qədər çox ölkəni (inkişaf etmiş, inkişaf etməkdə olan və yeni yaranan bazar iqtisadiyyatları daxil olmaqla) əhatə etməyə istiqamətlənib. İndeksin metodo-logiyası beynəlxalq məlumat bazalarına (Dünya Bankı, BMT, OECD, Dünya İqtisadi Forumu və s.), həmçinin qlobal sorğulara əsaslanır ki, bu da ölkələrarası qiymətlən dirmələri obyektiv və müqayisəli aparılmasını təmin edir. İndeks illik əsasda yenilənə bilər və zamanla trendlərin izlənilməsi üçün istifadə oluna bilər. Nəticələr, həmçinin, regionlararası və ölkədaxili siyasət təhlillərində tətbiq oluna biləcək səviyyədə detalı təqdim edilə bilər.