MƏHSUL SATIŞININ İNKİŞAF AMİLLƏRİNİN TƏHLİLİ

Müəlliflər

  • Vusal Kh. Heydarov Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2026-1-61

Xülasə

Məqalədə məhsul satışının inkişafına təsir edən əsas amillər iqtisadi və statistik baxımdan təhlil edilmişdir. Tədqiqatın əsas məqsədi məhsul satışına təsir göstərən başlıca amilləri müəyyənləşdirmək, onların istehlakçı davranışında rolunu qiymətləndirmək və əldə olunan nəticələr əsasında satışın inkişafı ilə bağlı elmi əsaslandırılmış nəticələr çıxarmaqdan ibarət olmuşdur. Tədqiqat zamanı sorğu üsulundan istifadə edilmiş, 100 respondent üzrə toplanmış məlumatlar SPSS proqramı vasitəsilə emal olunmuşdur. Təhlil prosesində respondentlərin demoqrafik göstəriciləri, alış davranışı, məhsul seçimində üstünlük verilən amillər, satışa təsir edən faktorlar, eləcə də müştəri məmnunluğu və loyallıq göstəriciləri araşdırılmışdır. Nəticələr göstərmişdir ki, məhsul satışına ən güclü təsir edən amillər keyfiyyət, qiymət və qiymət-keyfiyyət uyğunluğudur. Müəyyən edilmişdir ki, istehlakçılar məhsul seçərkən daha çox funksional və praktik meyarlara üstünlük verirlər. Bununla yanaşı, məmnunluq və loyallıq göstəricilərinin də əsasən məhsulun keyfiyyəti, ümumi razılıq səviyyəsi və istehlakçı üçün yaratdığı dəyərlə bağlı olduğu aşkar edilmişdir. Tədqiqatın nəticələri məhsul satışının təhlili və təkmilləşdirilməsi baxımından praktik əhəmiyyət daşıyır.

Yayımlanıb

2026-05-15

Necə istinad edilir

MƏHSUL SATIŞININ İNKİŞAF AMİLLƏRİNİN TƏHLİLİ. (2026). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 1(1). https://doi.org/10.71447/2413-7235-2026-1-61