XXI ƏSRDƏ ÇİN AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNƏ TƏSİR EDƏN ƏSAS FAKTORLAR VƏ İQTİSADİ ƏHƏMİYYƏTİ

Müəlliflər

  • Aydan F. Huseynli Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2026-1-65

Xülasə

XXI əsrdə Çin Azərbaycan münasibətlərinə təsir edən əsas faktorlar arasında energetika əməkdaşlığı, texnologiya transferləri, təhsil və mədəni əlaqələrin inkişafı, investisiya layihələrinin genişləndirilməsi, bununla yanaşı rəqəmsal və yaşıl iqtisadiyyat təşəbbüsləri xüsusi yer tutur. Eləcə də, Azərbaycanın yüksək idarələşmə potensialı, institusional sabitliyi və beynəlxalq layihələrin effektiv icra qabiliyyəti bu münasibətlərin inkişafında mühüm faktor kimi çıxış edir. Xüsusilə son illərdə imzalanan strateji əməkdaşlıq sənədlərində “rəqəmsal iqtisadiyyat”, “yaşıl enerji” və “intellektual mülkiyyət hüquqları” kimi yeni sahələrə diqqət ayrılması, iki ölkə münasibətlərinin müasir çağırışlara uyğun şəkildə formalaşdığını göstərir. Nəticə etibarilə, araşdırma göstərir ki, qarşılıqlı fayda prinsipləri üzərində qurulan Çin Azərbaycan əməkdaşlığı yalnız diplomatik və iqtisadi yanaşmalarla kifayətlənə bilməz. Münasibətlərin davamlı inkişafı üçün strateji tərəfdaşlıq çərçivəsində hüquqi-institusional əsasların möhkəmləndirilməsi, effektiv idarəetmə mexanizmlərinin tətbiqi və nəqliyyat-logistika potensialının səmərəli istifadə mühüm əhəmiyyət daşıyır. XXI əsr Çin Azərbaycan münasibətləri bu baxımdan həm perspektivlərini, həm də hüdudlarını aydın şəkildə nümayiş etdirir.

Yayımlanıb

2026-05-15

Necə istinad edilir

XXI ƏSRDƏ ÇİN AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNƏ TƏSİR EDƏN ƏSAS FAKTORLAR VƏ İQTİSADİ ƏHƏMİYYƏTİ. (2026). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 1(1). https://doi.org/10.71447/2413-7235-2026-1-65