İQTİSADİ SUVERENLİYİN KONSTİTUSİON HÜQUQİ ƏSASLARI

Müəlliflər

  • Zamiq Aslanov Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2025-2-29

Açar sözlər

suverenlik, iqtisadi suverenlik, konstitusiya, iqtisadi münasibətlər, konstitusion hüquqi tənzimetmə, konstitusion iqtisadiyyat,

Xülasə

Bu məqalədə iqtisadi suverenliyin konstitusion hüquqi əsasları ilə bağlı məsələlər araşdırılmışdır. Məqalə 
çərçivəsində “suverenlik” və “iqtisadi suverenlik”məfhumlarının aktuallığı və mahiyyəti şərh edilmiş, 
iqtisadi münasibətlər konstitusion hüquqi tənzimetmənin obyekti kimi nəzərdən keçirilmiş, “konstitusion 
iqtisadiyyat” təlimi ilə bağlı məsələlər tədqiqata cəlb edilmiş, daha sonra isə iqtisadi suverenliyin 
konstitusion hüquqi təminatları ayrı-ayrı təhlil edilmişdir. Müəllifə görə suverenlik siyasi və hüquqi prinsip 
olub, dövlətə öz daxili və xarici məsələlərini digər ölkələrdən və beynəlxalq təşkilatlardan asılı olmadan həll etmək imkanı verir. Məqalədə iqtisadi suverenlik dövlətin sərbəst şəkildə, öz müstəqil iradəsi ilə və hər hansı xarici təsir (müdaxilə) olmadan öz iqtisadi fəaliyyətini həyata keçirməsi, öz iqtisadi resurslarını idarə etməsi, öz iqtisadi siyasətini formalaşdırması və realizə etməsi kimi xarakterizə edilir. Müəllif apardığı 
araşdırmalar əsasında belə nəticəyə gəlir ki, Konstitusiya quruluşunun iqtisadi əsaslarını və əsas iqtisadi hüquq və azadlıaları təsbit edərək, yalnız ayrı-ayrı iqtisadi münasibətlərə deyil, bütövlükdə 
iqtisadi sistemin özünə tənzimləyici təsir göstərir. Məqalədə iqtisadi suverenliyin konstitusion hüquqi 
təminatlarına anlayış verilir və həmin təminatların dairəsi müəyyən edilir (ədalətli iqtisadi və sosial 
qaydaların bəyan edilməsi, iqtisadi funksiyalar həyata keçirən dövlət hakimiyyəti orqanlarının 
formalaşdırılması mexanizmi, beynəlxalq iqtisadi sazişlərə və ittifaqlara qoşulmaq səlahiyyəti, təbii 
ehtiyatlar üzərində müstəsna səlahiyyət və s.). Dünya ölkələrinin (ABŞ, Almaniya, Avstriya, Polşa və s.) 
təcrübəsində yeni elmi istiqamət və tədris fənni kimi inkişaf edən “Konstitusion iqtisadiyyat” ilə bağlı 
məsələlərə ölkəmizdə də diqqətin artırılmasının əhəmiyyəti vurğulanır. 

Əlavə fayllar

Yayımlanıb

2025-11-16

Necə istinad edilir

İQTİSADİ SUVERENLİYİN KONSTİTUSİON HÜQUQİ ƏSASLARI. (2025). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 2(2), 9-22. https://doi.org/10.71447/2413-7235-2025-2-29