Fayllar

Bir məqalə göndərmək üçün Daxil olun və ya Qeydiyyat edin

Müəllif bələdçisi

“Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri” Elmi Əsərlər Toplusuna iqtisad elmlərinə aid Azərbaycan, rus və ingilis dillərində məqalələr qəbul edilir. 

                     1. Tərtibat:

        Məqalələr APA 7 stilinə uyğun olaraq yazılmalıdır. Məqalələr Microsoft Word formatında, A4 ölçülü səhifələrdə (21x29 sm), yuxarı və aşağı kənarlar 2,5 sm, sol və sağ kənarları isə 1,8 sm olmalıdır. Məqalənin sol kənar başlığında UOT indeksi yazılmalıdır. Məqalə Times New Roman-12 pt, 1 interval ilə, təqdim edilməlidir. 

 ·  Başlıq: Məqalənin adı Times New Roman-14 pt(böyük hərflərlə), bold, center olaraq yerləşdirilməlidir. Bir sətir boşluq əlavə edərək, müəllif(lər)in tam ad(lar)ı, ORCİD identifikatoru (Əgər yoxdursa www.orcid.com saytında qeydiyyatdan keçə bilər), korporativ e-mail-i, işlədiyi (işlədikləri) müəssisənin (müəssisələrin) ad(lar)ı və ölkə(lər)I, 12 pt, bold  göstərilməlidir.

 ·  Xülasə və açar sözlər: Məqalənin yazıldığı dildən əlavə, digər iki dildə də xülasə və açar sözlər verilməlidir. Xülasə 200-250 sözdən ibarət olmalı, açar sözlər 6-dan az olmamalıdır. Times New Roman 12 pt yazılmalıdırlar. Xülasədə müəllif(lər)in gəldiyi elmi nəticələr, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. qısa şəkildə əks etdirilməlidir.

 2.  Məqalənin mətni: 

         Məqalənin mətni Times New Roman-12 pt, APA7 stilində yazılmalıdır. 

      ·  Başlıq və altbaşlıqlar: Başlıq və altbaşlıqlar Bold, 12 pt yazılmalıdır. Başlıq və əsas mətn arasında bir sətir boşluq olmalıdır.

      ·  Düsturlar: Bütün düsturlar aydın şəkildə yazılmalı və məqalənin əvvəlindən etibarən ardıcıl olaraq nömrələnməlidir. Nömrələnmə bu cür aparılmalıdır: (1), (2), (3). Düsturlar səhifənin ortasında yerləşdirilir.

      ·  Cədvəllər və qrafiklər: Məqalənin əvvəlindən başlayaraq, cədvəl və qrafiklərdə ardıcıl şəkildə nömrələnmə aparılmalıdır. ( Cədvəl 1, Cədvəl 2). Nömrələr Bold, cədvəl və qrafik adları isə nömrənin altında Italic, Times New Roman-10 pt qeyd edilməlidir. Cədvəlin içi 10 pt ilə yazılmalıdır. Bütün cədvəl və qrafiklərə mətn daxilində istinad edilməli və ortadan yerləşdirilməlidir. PNG və JPEG formatları qrafiklər üçün uyğun sayılır.

  Qeyd: Zəhmət olmasa, istifadə edilən proqram və ya proqram təminatından çıxarılan orijinal cədvəl və qrafikləri təqdim edin.

 3.  İstinadlar və ədəbiyyat siyahısı

APA 7 üslubu həm mətn daxilində istinadlar, həm də ədəbiyyat siyahısı üçün istifadə olunmalıdır.

    ·  Mətn daxilində istinadlar: Mətn daxilində istinadlar mötərizədə verilməlidir, müəllifin soyadı və nəşr ili göstərilməlidir. Nümunələr:

                           · Bir müəllifin işi – (Nielsen, 2017)

                               · İki müəllifin işi – (Sadıqzadə & Nəsibov, 2022)

                                 · Üç və ya daha çox müəllifin işi – (Hüseynova və b., 2019)

                         · Eyni ildə eyni müəllifin bir neçə işi – (Berndt, 1981a; Berndt, 1981b)

                        · Müəllif kimi təşkilat – (Ərzaq və Dərman Administrasiyası [FDA], 2019)

                        · Sitatlar üçün – (Yanmaz, 2018, s. 12)

                   Ədəbiyyat siyahısı: Məqalədə istinad edilən  hər bir mənbə, istinad siyahısında yer almalıdır.

                  Ədəbiyyat siyahısı əlifba sırası ilə düzülməlidir.

                 4.  Məqaləni  yükləmək üçün qaydalar:

                  Məqalə müəllif anketi ilə birlikdə onlayn qeydiyyatda müvafiq bölməyə yükləməklə təqdim edilməlidir.

                 Məqalənin rəsmi saytına daxil olun.  (https://theesri.com)

                  Əgər hesabınız yoxdursa, qeydiyyatdan keçin. Hesabınız varsa, daxil olun (login). Yeni məqalə təqdim et (submit).

                 “Yeni Məqalə Yüklə”,“Məqalə Yarat” və yaSubmit Article” kimi düyməyə klikləyin. 

                  5. Məqalə təqdimat  mərhələləri (OJS misalında): 

                        Başlanğıc (Start Submission): Məqalə növünü seçin (tədqiqat məqaləsi, İcmal və s.).

                  Etik qaydalarla razılaşın (checkbox-ları işarələyin)..

  ·  Məqalə metadatası: 1.Başlıq, annotasiya (xülasə), açar sözlər (keywords). 2.Müəllif(lər) haqqında məlumat əlavə edin (ad, soyad, e-mail, ORCID).

  ·  Fayl yükləmə: Əsas məqalə faylını yükləyin (.doc/.docx, .pdf).

  ·  Təsdiq və tamamlanma: 1.Yüklədiyiniz məlumatlara baxış keçirin. 2. Tamamla” və ya “Yüklə” düyməsinə klikləyin.

  ·  Nəticə və izləmə: Məqaləniz sistemə daxil olduqdan sonra redaktor tərəfindən yoxlanılır. Statusu sistemdə izləyə bilərsiniz: Qəbul edildiRədd edildiRəy bildirilirDüzəliş tələb olunur və s.  Redaktor və ya rəyçilər sizdən düzəliş və əlavələr istəyərsə, e-poçt və ya sistem üzərindən məlumat veriləcək.

   6. Tövsiyyələr: 1.Jurnalın təlimat sənədini (author guidelines) diqqətlə oxuyun. 2.Məqalənin strukturuna və sitatlara     diqqət edin.

                  7. Məqalə şablonu: https://drive.google.com/file/d/1rHX1lKb85LToiL9ecjQismkSRKJXSlk2/view     

                   VİDEO TƏLİMAT:  https://youtu.be/QTm-uI_Kln8

Müraciət nəzarət siyahısı

Bütün göndərilən yazılar aşağıdakı tələblərə cavab verməlidir.

  • This submission meets the requirements outlined in the Author Guidelines.
  • Göndərilən yazı daha əvvəl nəşr edilməmiş və nəşr edilmək üçün hər hansı bir jurnala təqdim edilməmişdir (Müəllif Bələdçisində ətraflı məlumat verilmişdir).
  • Mümkün olduqda istinadlar üçün URL-lər təmin edilmişdir.
  • Faylı OpenOffice, Microsoft Word, RTF və ya WordPerfec sənəd faylı formasındadır..
  • Bu yazıda təqdim olunan bütün fotoşəkilləri, məlumat dəstlərini və digər materialları dərc etmək üçün icazə alınmışdır.

Статьи

Политика раздела по умолчанию

Məxfilik Bəyannaməsi

Bu jurnal saytındakı adlar və email adresləri bu jurnalın qeyd olunan məqsədləri üçün istifadə ediləcəkdir. Başqa məqsədlər və ya başqa bölümlər üçün istifadə edilməyəcəkdir.