AZƏRBAYCAN RESPUBLİKASINDA ORTAMÜDDƏTLİ XƏRCLƏR ÇƏRÇİVƏSİ ƏSASINDA TƏHSİL XƏRCLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Müəlliflər

  • Togrul Malikzade Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2025-1-41

Açar sözlər

Orta müddətli xərclər çərçivəsi, fəaliyyət əsaslı büdcə, büdcə xərcləri, ÜDM, fiskal intizam, səmərlilik, nəticəlilik, qənaitlilik, insan inkişafı indeksi

Xülasə

Tədqiqatın məqsədi –Azərbaycan Respublikasında ortamüddətli xərclər çərçivəsinin                     iqtisadi mahiyyətini və məzmununu, xüsusiyyətlərini  təhlil etmək, Azərbaycanda dövlət büdcəsinin 
formalaşması istiqamətində tətbiq olunan orta müddətli xərclər çərçivəsi daxilində təhsil xərclərinin təhlili 
və qiymətləndirilməsini həyata keçirməkdir. 
Tədqiqatın metodologiyası - tədqiqat işində müqayisəli təhlil, məntiqi ümumiləşdirmə, sistemli yanaşma, 
analiz və sintez, riyazi təhlil, eləcə də, abstraksiya və sistemli təhlil, məntiqi ümumiləşdirmə kimi tədqiqat üsulları əsasında yerinə yetirilmişdir. 
Tədqiqatın tətbiqi əhəmiyyəti –tədqiqatda araşdırılmış əsaslı təhllər ortamüddətli xərclər çərçivəsinin 
uğurlu tətbirində və büdc xərcləri üzrə iqtisadi səmərəliliyin müəyyənləşdirilməsində faydalı ola bilər. Eyni 
zamanda, iqtisadi sahədə tədqiqatlar aparan və bu sahədə çalışan mütəxəssislərin elmi və əməli biliklərinin 
zənginləşdirilməsində müsbət rol oynaya bilər. Tədqiqatın nəticələri – Dövlət büdcəsinin formalaşması istiqamətində orta müddətli xərclər çərçivəsinin müəyyələşdirilməsi və bu əsasda iqtisadiyyatın sektorlararası xərclərinin müəyyn-ləşdirilməsi  baxımından və iqtisadi münasibətlərin tənzimlənməsində önəmlidir. Bildirmək vacibdir ki,  nəticə əsaslı büdcə sisteminin tətbiqi dövlət vəsaitlərinin şəffaflıq və maliyyə intizamı prinsiplərinə uyğun 
olaraq xərclənməsinə, cəmiyyətin tələblərinə ən uyğun səmərəli xidmətlərə xərclənməsinə gətirib çıxarır. Nəticədə isə iqtisadi fəaliyyət növlərinin çox çeşidliliyi təmin olunur, istehsalın həcmi artır və beləliklə də 
dövlətin strateji idarəetmə konsepsiyaları gercəkləşir. Belə vəziyyət isə idarəetmədə iqtisadiyyatın 
strukturunun təkmilləşdirilməsinə iqtisadiyyatın şaxələndirilməsinə səbəb ola bilir.  
Tədiqiqatın orijinallığı və elmi yeniliyi –Dövlət büdcəsinin orta müddətli xərclər çərçivəsinin 
formalaşması meyilləri, Fexner və Spirmen əmsalları müəyənləşmişdir.

Əlavə fayllar

Yayımlanıb

2025-11-18

Necə istinad edilir

AZƏRBAYCAN RESPUBLİKASINDA ORTAMÜDDƏTLİ XƏRCLƏR ÇƏRÇİVƏSİ ƏSASINDA TƏHSİL XƏRCLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ. (2025). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 2(2), 273-284. https://doi.org/10.71447/2413-7235-2025-1-41