AZƏRBAYCANDA QEYRİ-NEFT SEKTORU ÜZRƏ BİZNES FƏALİYYƏTİNİNQİYMƏTLƏNDİRİLMƏSİ VE İNVESTİSİYA MÜHİTİ ARASINDA ƏLAQƏ

Authors

  • Yusif Ramin MƏMMƏDOV Author

DOI:

https://doi.org/10.71447/e84q6b90

Keywords:

qeyri-neft sektoru, biznes fəaliyyəti, investisiya, qiymətləndirmə

Abstract

İnvestisiya iqtisadiyyatın sahə quruluşunun müəyyənləşdirilməsində mühüm rol oynayır. Yəni hər hansı bir sektora qoyulan investisiya həcmi nə qədər çox olarsa, bu sektorda iqtisadi artım tempi də o qədər yüksəkdir. Bu baxımdan ölkəmizdə neft sektorunun yüksək inkişafı həm strateji məhsul olması, həm də bu sahəyə böyük həcmdə investisiya qoyuluşu sayəsində mümkün olmuşdur. Müstəqillik dövründə neft sənayesinə yatırılan böyük həcmdə təbii ki, neft məhsullarının həcminin və ixrac strukturundakı neft məhsullarının payının artmasında bir amil oldu. Dövrümüzdə iqtisadi inkişafın effektivliyini təsdiqləyən amil neft, təbii qaz, qızıl, gümüş deyil, iqtisadiyyatın texnologiyalara və qabaqcıl texnologiyalara əsaslanan quruluşudur. Buna görə qeyri-neft sektorunun inkişafı zəruridir. Artıq qeyd etdiyimiz kimi, qeyri-neft sektorunun inkişafında əsas amil investisiyalardır. Bununla yanaşı qeyd etmək lazımdır ki, neft sektoruna qoyulan investisiyaların payı yüksək olaraq qalır. Azərbaycan hökuməti qeyri-neft sektorunun və sənayenin inkişafı üçün ciddi addımlar atır, çünki neft tükənmiş bir təbii sərvətdir və iqtisadiyyatın asılılığını artırır.
Məqalədə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı təhlil edilmişdir. Son
illərdə ölkədə qeyri-neft sektorunun inkişafı üçün strateji bir yol xəritəsinin qəbul edildiyi və nəticədə iqtisadiyyatın digər sahələrinin inkişafına xüsusi diqqət yetirildiyi qeyd olunur.

Downloads

Published

2025-01-23

Deprecated: json_decode(): Passing null to parameter #1 ($json) of type string is deprecated in /home/gfqy42b6fvde/public_html/journals/plugins/generic/citations/CitationsPlugin.php on line 68

How to Cite

AZƏRBAYCANDA QEYRİ-NEFT SEKTORU ÜZRƏ BİZNES FƏALİYYƏTİNİNQİYMƏTLƏNDİRİLMƏSİ VE İNVESTİSİYA MÜHİTİ ARASINDA ƏLAQƏ. (2025). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 20(1). https://doi.org/10.71447/e84q6b90

Similar Articles

1-10 of 15

You may also start an advanced similarity search for this article.