TƏHSİL SƏVİYYƏSİNİN ATMOSFERƏ KARBON QAZIBURAXILIŞINA TƏSİRİNİN EKONOMETRİKQİYMƏTLƏNDİRİLMƏSİ: AZƏRBAYCANNÜMUNƏSİNDƏ Authors YADULLA HƏSƏNLİ Author SƏRDAR ŞABANOV Author Mənsur BƏRXUDAROV Author DOI: https://doi.org/10.71447/2413-7235-2024-4-7 Keywords: CO2, orta təhsil, ali təhsil Abstract Məqalədə Azərbaycan nümunəsində təhsil səviyyəsinin atmosferə karbon qazı buraxılışına təsiri AR DSK-nın 1997–2022-ci illər üzrə rəsmi statistik məlumatları əsasında ekonometrik qiymətləndirilmişdir. Müəyyən edilmişdir ki, əhalinin hər 10 min nəfərinə düşən tam orta məktəb və ali məktəb məzunlarının, habelə fəlsəfə doktorlarının sayı karbon qazı buraxılışına müvafiq olaraq 6, 13 və 6 illik gecikmə ilə mənfi, hər nəfərə düşən gəlirlər isə müsbət təsir edir. Azərbaycan üzrə alınmış nəticələr bu qənaətə gəlməyə əsas verir ki, təhsil səviyyəsinin ekologiyaya təsiri önəmli və uzunmüddətlidir. COVİD-19 pandemiyasının məhdudiyyətləri karbon qazı buraxılışını 2020-ci ildə əvvəlki ilə nəzərən müqayisədə 26,84% azaltmışdır. Qurulmuş ekonometrik model vasitəsilə müəyyən edilmişdir ki, inkişaf etmiş ölkələr üçün ətraf mühit üzrə doğru olduğu qəbul edilən Kuznets (EKC) əyrisi Azərbaycan üçün keçərli deyil. Baxılan illər üzrə Azərbaycanda ətraf mühitin korlanma dərəcəsinin artım sürətinin gəlirin artım sürətindən geri qaldığı müəyyən edən trend modelləri qurulmuşdur. Ətraf mühit üzrə Kuznets əyrisinin Azərbaycan üçün doğru olması üçün tarazlıq şərti formula edilmişdir. Onu da qeyd edək ki, bu tarazlıq şərti zəruri şərt olsa da, kafi şərt deyil. Qeyd edək ki, təhsil səviyyəsinin atmosferə karbon qazı buraxılışına təsiri Azərbaycan nümunəsində ilk dəfə həyata keçirilmişdir. Ekoloji təzyiqi azaltmaq baxımından təhsil səviyyəsinin təsiri ali təhsillilər, doktorantlar və tam orta təhsilli məzunlar kimi sıralana bilər. Bu isə Azərbaycan üzrə təhsil səviyyəsinin ekologiyaya təsirinin önəmli olduğunu göstərir. Və ekoloji kəsimdə dayanıqlı inkişaf baxımından təhsilin səviyyəsinin Azərbaycan üçün önəmliyini qabarıq şəkildə göstərir. Məqalədə əldə edilmiş nəticələrdən təhsil və iqtisadi siyasət sahələrində qərar qəbul edən şəxslər istifadəedə bilərlər. Downloads PDF Published 2025-02-04 Issue Vol. 4 No. 1 (2024): "Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri” elmi əsərlər toplusu XXII buraxılış Section ELMİ ƏSƏRLƏR TOPLUSU XXII BURAXILIŞ License Copyright (c) 2024 AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ This work is licensed under a Creative Commons Attribution 4.0 International License. CC BY 4.0 How to Cite TƏHSİL SƏVİYYƏSİNİN ATMOSFERƏ KARBON QAZIBURAXILIŞINA TƏSİRİNİN EKONOMETRİKQİYMƏTLƏNDİRİLMƏSİ: AZƏRBAYCANNÜMUNƏSİNDƏ. (2025). Features and Problems of Implementing Economic Reforms In Azerbaijan, 4(1). https://doi.org/10.71447/2413-7235-2024-4-7 More Citation Formats ACM ACS APA ABNT Chicago Harvard IEEE MLA Turabian Vancouver AMA Download Citation Endnote/Zotero/Mendeley (RIS) BibTeX