MÜƏLLİF ÜÇÜN QAYDALAR
“Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri” Elmi Əsərlər Toplusuna iqtisad elmlərinə aid Azərbaycan, rus və ingilis dillərində məqalələr qəbul edilir.
Məqalənin adı Times New Roman-14 pt(böyük hərflərlə), bold, center olaraq yerləşdirilməlidir. Bir sətir boşluq əlavə edərək, müəllif(lər)in tam ad(lar)ı, ORCİD identifikatoru (Əgər yoxdursa www.orcid.com saytında qeydiyyatdan keçə bilər), korporativ e-mail-i, işlədiyi (işlədikləri) müəssisənin (müəssisələrin) ad(lar)ı və ölkə(lər)I, 12 pt, bold göstərilməlidir.
Məqalənin yazıldığı dildən əlavə, digər iki dildə də xülasə və açar sözlər verilməlidir. Xülasə 200-250 sözdən ibarət olmalı, açar sözlər 6-dan az olmamalıdır. Times New Roman 12 pt yazılmalıdırlar. Xülasədə müəllif(lər)in gəldiyi elmi nəticələr, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. qısa şəkildə əks etdirilməlidir.
Məqalənin mətni Times New Roman-12 pt, "APA 7 "üslubunda yazılmalıdır.
Başlıq və altbaşlıqlar Bold, 12 pt yazılmalıdır. Başlıq və əsas mətn arasında bir sətir boşluq olmalıdır.
Bütün düsturlar aydın şəkildə yazılmalı və məqalənin əvvəlindən etibarən ardıcıl olaraq nömrələnməlidir. Nömrələnmə bu cür aparılmalıdır: (1), (2), (3). Düsturlar səhifənin ortasında yerləşdirilir.
Məqalənin əvvəlindən başlayaraq, cədvəl və qrafiklərdə ardıcıl şəkildə nömrələnmə aparılmalıdır. ( Cədvəl 1, Cədvəl 2). Nömrələr Bold, cədvəl və qrafik adları isə nömrənin altında Italic, Times New Roman-10 pt qeyd edilməlidir. Cədvəlin içi 10 pt ilə yazılmalıdır. Bütün cədvəl və qrafiklərə mətn daxilində istinad edilməli və ortadan yerləşdirilməlidir. PNG və JPEG formatları qrafiklər üçün uyğun sayılır.
Qeyd: Zəhmət olmasa, istifadə edilən proqram və ya proqram təminatından çıxarılan orijinal cədvəl və qrafikləri təqdim edin.
APA 7 üslubu həm mətn daxilində istinadlar, həm də ədəbiyyat siyahısı üçün istifadə olunmalıdır.
Mətn daxilində istinadlar mötərizədə verilməlidir, müəllifin soyadı və nəşr ili göstərilməlidir.Nümunələr:
Məqalədə istinad edilən hər bir mənbə, istinad siyahısında yer almalıdır. Ədəbiyyat siyahısı əlifba sırası ilə düzülməlidir.
Məqaləni yükləmək üçün qaydalar:
MƏQALƏ ŞABLONU:
https://drive.google.com/file/d/1rHX1lKb85LToiL9ecjQismkSRKJXSlk2/view
VİDEO TƏLİMAT: https://youtu.be/QTm-uI_Kln8
Bütün göndərilən yazılar aşağıdakı tələblərə cavab verməlidir.
Rəyçilərin məqaləni dəyərləndirməsindən sonra redaksiya heyəti qiymətləndirmə apara bilər.
Bu jurnal saytındakı adlar və email adresləri bu jurnalın qeyd olunan məqsədləri üçün istifadə ediləcəkdir. Başqa məqsədlər və ya başqa bölümlər üçün istifadə edilməyəcəkdir.