AĞILLI ŞƏHƏRLƏRİN ŞƏHƏR İQTİSADİYYATINA TƏSİRİ

Müəlliflər

  • dos. s.e.ü.f.d. Manaf M. Bağırzadə,Güney N. Mirzəyeva Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2025-1-13-a

Xülasə

Dünya miqyasında sosial və iqtisadi dəyişikliklər şəhərlərin inkişaf konsepsiyasına
da öz təsirini göstərməktədir. Müasir dövrümüzdə insan həyatının mühüm amilinə çevrilən şəhərlərin formalaşmasında iqtisadi aspekt hər zaman həlledici rol oynamışdır. Məqalədə yeni dövrün aktual fenomenlərindən birinə çevrilən və dayanıqlı şəhər modellərindən olan ağıllı şəhər konsepsiyasının şəhər iqtisadiyyatına təsiri araşdırılmışdır. Tədqiqatın əsas məqsədi müasir dövrün trendi halına gələn ağıllı şəhər ilə şəhər iqtisadiyyatının əlaqəsini, bu istiqamətdə meydana gələn yeni qanuna uyğunluqların və tendensiyaların təyin edilməsindən ibarətdir. Məqalədə ilk olaraq ağıllı şəhər sistemi nəzərdən keçirilmiş, daha sonra şəhər iqtisadiyyatı anlayışı və ağıllı şəhərin ona təsiri tədqiq olunmuşdur. 

Endirin

Yayımlanıb

2025-05-19

Deprecated: json_decode(): Passing null to parameter #1 ($json) of type string is deprecated in /home/gfqy42b6fvde/public_html/journals/plugins/generic/citations/CitationsPlugin.php on line 68